
Peşəkar Futbol Liqası (PFL) ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən I Divizionun iki oyununun keçirilmə tarixini dəyişidirib. Sportnet.az-ın məlumatına görə, bunlar "Göyəzən” – "Qaradağ Lökbatan” və "Şahdağ” – "Zaqatala” qarşılaşmalarıdır.
Oyunlar fevralın 2-də yox, fevralın 27-də olacaq.