UEFA bu il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsindəki 51 oyuna biletlərin vahid dizaynını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, dizaynda çempionatın rəmzlərinin elementləri istifadə olunub. Onlar bayram atmosferini və müasir futbolun dəyərini özündə əks etdirir.
Biletlərdə bir necə müdafiə dərəcələri tətbiq olunub ki, bu da onları unikal edir. Həmçinin turnirin talismanı olan Super-Viktorun rəngli holoqrafik şəkli yüksək səviyyədə əks olunub. UEFA-nın rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, belə texnologiya ilk dəfə futbol biletlərində tətbiq olunacaq.