0:4 hesabı ilə uduzanda nə şərh edəsən. 0:2-dək normal oynayırdıq, sonra hər şey dağıldı". Sportnet.az xəbər verir ki, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları ilk yarımfinal matçından sonra CBC Sport-a deyib.
O, tapşırıqlarının bir hissəsini meydanda gördüyünü söyləsə də, böyük hesablı məğlubiyyətin hər şeyi ifadə etdiyini vurğulayıb.
Gürcüstanlı mütəxəssis Premyer Liqada qarşıdakı oyunlara hazırlaşmalarının gərəkliyini bildirib.