"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan boksçusu Lorenso Sotomayor (69 kq) 1/4 final görüşünü keçirib.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verit ki, “Uruçye Arena”da keçirilmiş qarşılaşmada rəqib kosovolu Patriot Behrami olub. Sotomayor 5:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Bununla da kubalı legioner II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.
"Bakı 2015" I Avropa Oyunlarının qalibi olmuş boksçu yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.
Qeyd edək ki, bu gün daha iki boksçu 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominges (81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq.