"Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Uduzsaydıq, turnir cədvəlində yerimizi itirə, qalib gəlsəydik irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks-hücumda qol vurdu. Əsas odur ki, futbolçular qarşılaşmada ruhdan düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik. Onlara uğurlar arzulayıram. Baş məşqçilərin Zaur Həşimovu yaxşı tanıyıram".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın X turunda səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis futbolçu Aleksey İsayevin çıxışı barədə də danışıb: "Onu əvəzedici heyətə göndərmişdik. Amma izləyirdik. Oyunçu istəklidir. Mənə dedi ki, hər şeyi unutmuşam və yaxşı oynamaq istəyirəm. O, tam formada deyil. Alekseyi 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Heç bir oyunçudan şikayətim yoxdur. Hamısından razıyam".
"İkinci yarıda daha çox qol epizodumuz oldu. Rəqib ilk yarıda bizi analiz elədi. Sonra istədiyimiz oyunu sərgiləyə bilmədik. Hücumlar yaxşı alınmadı. Birinci hissədə daha gümrah idik və hücumlar olurdu" söyləyən Abbasov qol şanslarından yararlana bilməyən Peyman Babayinin çıxışı barədə də fikirlərini səsləndirib: "Peyman hər oyun epizoda girə bilər. Bu gün istifadə edə bilmədi. Amma istəklidir. Komandaya gələndən sonra çox artırıb. Bunu hamı görür"Bi .