
Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate 1 Premyer Liqa turnirində qızıl medal qazanıb.
Qeyd edək ki, bundan əvvəl qadın karateçi İrina Zaretska (68 kq) bürünc medal əldə edib. Dubayda Karate 1 Premyer Liqa turniri başa çatıb. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.