Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.
Pərviz Səmədovun baş məşqçi olduğu komanda İslamiadadakı rəqibi Mərakeş ilə, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.
Hər iki komanda artıq Bakıdadır və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar.
Azərbaycan yığması iyulun 18-də və 21-də Belarusla, iyulun 19-da və 22-də Mərakeşlə üz-üzə gələcək. Qarşılaşmalar saat 17:00-da start götürəcək.