
Efiopiyalı atlet Tigist Assefa qadınlar arasında London marafonunun dünya rekordu ilə qalibi olub.
Sportnet.az xəbər verir ki, 28 yaşlı idmançı finişə 2 saat 15 dəqiqə 50 saniyəyə çatıb.
Beləliklə, o, keniyalı Peres Cepçirpirə məxsus əvvəlki rekordu 26 saniyə geridə qoyub.
London marafonunda ikinci yeri keniyalı Coysilin Cepkosgey (2:18.43) tutubsa, niderlandlı olimpiya çempionu Sifan Hassan (2:18:59) üçüncü olub.
Assefa daha əvvəl 2024-cü il Paris Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Qeyd edək ki, Böyük Britaniya paytaxtında 1981-ci ildən keçirilən London marafonunda iştirakçılar Qrinviç parkından Temza çayı boyunca Biq Ben, Tauer və digər məşhur görməli yerlərin yanı ilə qaçırlar.