
Keniyalı atletlər Beatris Çebet və Feyt Kipyeqon ABŞ-da keçirilən Brilyant Liqası mərhələsində yeni dünya rekordu müəyyənləşdiriblər.
Sportnet.az xəbər verir ki, Çebet 5000 metr məsafəni 13 dəqiqə 58,06 saniyəyə qət edib.
Bu nəticə ilə o, 2023-cü ilin sentyabrında efiopiyalı Qudaf Tseqayın müəyyən etdiyi əvvəlki rekordu geridə qoyub.
25 yaşlı Çebet Paris-2024 Yay Olimpiya Oyunlarında bu məsafədə qızıl medal qazanmış, dünya çempionatlarında isə gümüş (2022) və bürünc (2023) medallara sahib olmuşdu.
Kipyeqon isə 1500 metr məsafəyə qaçışda özünə məxsus dünya rekordunu yeniləyib. O, məsafəni 3 dəqiqə 48,58 saniyəyə tamamlayaraq Paris-2024 olimpiadasında əldə etdiyi 3:49,04-lük nəticəni yaxşılaşdırıb.
31 yaşlı atlet bu məsafədə üçqat Olimpiya və dünya çempionudur. O, 2023-cü ildə 5000 metr məsafədə də dünya çempionu titulunu qazanıb.