Azərbaycan millisinin üzvü Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr və 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionatının qalibi olub.
Sportnet.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Alməmmədov birdən qaldırma hərəkətində 151 kq çəkini ram etməyi bacarıb.
Təkanla isə 189 kq ağırlığı başı üzərinə qaldıran Alməmmədov toplamda 340 kq nəticə göstərib.
Beləliklə, birdən qaldırmada bürünc, təkanla qaldırma hərəkətində isə qızıl medal qazanan Ravin Alməmmədov toplamda 340 kq nəticə ilə Avropa birinciliyinin qalibi olub.
O, eyni zamanda təkanla qaldırma hərəkətində və toplamda Avropa birinciliyinin rekordunu müəyyənləşdirib.
Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (AAF) “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və AAF-ın Avropa birinciliyindəki nümayəndəsi, “Göyəzən” klubunun prezidenti Azər Əlizadə təqdim ediblər.




































































