Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl” şüarı altında keçirilən "Bakı Marafonu 2016”nın kişilər və qadınlar arasında qalibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, marafonda kişilər arasında finiş xəttini birinci həmyerlimiz Namiq Əsədov keçib. İkinci yeri Gürcüstan təmsilçisi Georgi Dameniya, üçüncü yeri isə Tural Sadıxlı tutub.
Qadınlar arasında isə finiş xəttini birinci Rahidə Aslanova keçib. İkinci yeri Bakıda yaşayan Böyük Britaniya vətəndaşı Nataşa Peterson, üçüncü yeri isə Rəqsanə Rəcəbli tutub.