1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bu gün 5 idmançımız çıxış edəcək
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Sportnet.az-ın məlumatına görə, onlar cüdo, atıcılıq, boks və atletika növlərində çıxış edəcəklər.
Cüdodakı sonuncu təmsilçi olan Uşangi Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 17:00-dan etibarən startı veriləcək 1/16 final mərhələsində onun rəqibi latviyalı Artur Nikiforenko olacaq.
Saat 19:15-də atıcı Ruslan Lunyov 25 metr məsafəyə sürətlə atəş açma yarışına qatılacaq. 26 iştirakçının çıxış edəcəyi yarışın ikinci mərhələsi 13 avqust saat 16:00-da, final mərhələsi isə saat 19:30-da start götürəcək.
Gecə saat 01:15-də boksçu Albert Səlimov 60 kq çəki dərəcəsində fransalı Sofian Umiha ilə 1/4 final görüşünə çıxacaq. Qələbə təqdirində, Səlimov ən azı bürünc medalı təmin edəcək.
Saat 01:30-da daha bir boksçu Kamran Şahsuvarlı 75 kq çəkidə 1/8 final döyüşündə rusiyalı Artyom Çebotaryovla üz-üzə gələcək.
Nəhayət, Saat 03:40-da atletikanın çəkicatma növündə Anna Skidan mübarizəyə başlayacaq. B qrupunda yer alan Skidanın 15 rəqibi olacaq. A qrupunda da 16 atlet yer alıb.