ABŞ hökuməti Ümumdünya Antidopinq Agentliyinin (WADA) illik büdcəsinə 2 milyon 155 min dollar köçürəcək.
Sportnet.az-ın "USA Today"a istinadən verdiyi məlumata görə, bu, ölkələr arasında ən böyük ödənişdir.
Kanada və Yaponiya 1 milyon dollardan bir qədər çox vəsait köçürəcək. Beynəlxalq Olimpiya Komitəsi isə WADA-ya 15 milyona yaxın pul verəcək.
Qeyd edək ki, ötən ilin noyabr ayında WADA illik 300 min dollar ödəyən Rusiyanın maliyyə yardımından imtina edib. 2016-cı ildə qurumun büdcəsi 30 milyon təşkil edibsə, bu il 5 faiz artacaq.