1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamerun yığmasının 8 idmançısı yoxa çıxdı
Avstraliyanın Qold-Koste şəhərində keçirilən Birlik Oyunlarında Kamerun yığmasının 8 idmançısı yoxa çıxıb.
Sportnet.az "Daily Mail”ə istinadən xəbər verir ki, Afrika ölkəsinin rəsmiləri atletlərin düşərgədən qaçdıqlarını təxmin edirlər. Rəsmi açıqlamada Kamerun yığmasının Oyunlarda iştirak etmək üçün Avstraliyaya gələn 24 idmançısından 8-nin itdiyi bildirilir.
Onlardan 3-ü aprelin 8-də, 2-si isə ertəsi gün yığmanın düşərgəsini tərk edib. Aprelin 10-da isə daha 3 atlet öz otağına qayıtmayıb.
"Bu durum bizi məyus edir və pis vəziyyətdə qoyur”, - yığmanın mətbuat katibi Saymon Molombe söyləyib.
İdmançıların Avstraliya ərazisində hərəkət etmələri üçün verilən vizanın müddəti mayın 15-də başa çatır. Aprelin 15-də yekun vurulacaq Birlik Oyunlarında 36 ölkə iştirak edir.