Veloparkda keçirilmiş şose velosipedi üzrə Bakı birinciliyində xoşagəlməz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat katibi Pərviz Musayev şəxsi "Facebook" hesabında paylaşım edib.
O bildirib ki, gənclər/U23 kateqoriyasının yarışı zamanı Azərbaycan Milli Antidopinq Agentliyinin xanım əməkdaşı diqqətsizlik edərək velosipedçilərin yoluna çıxıb. Nəticədə idmançılardan biri - İbad Abbasov yıxılaraq zədələnib.
Velosipedlərdən birinin raması çatlayıb, digərinin isə karbon qabaq təkəri əyilib.