Avropa Atletikasının prezidenti Sven-Arne Hansen vəfat edib.
Sportnet.az-ın məlumatına görə, norveçli funksioner 75 yaşında dünyasını dəyişib.
Son zamanlar Hansenin səhhətində problemlər var idi. Martda Hansen insult keçirib. Həmin vaxt onu koronavirus testindən keçiriblər. Lakin test mənfi nəticə verib.
Hansen 2015-ci ildən Avropa Atletikasına başçılıq edib. Daha əvvəl o, Norveçin Atletika Assosiasiyasının prezidenti (2003 - 2015-ci illər) olub.
Qeyd edək ki, daha əvvəl Avropa Güləş Birliyinin prezidenti Tseno Tsenov və Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Koçiyançiç vıfat edib.