Cənubi Afrika Respublikasının 400 metr məsafəyə qaçış üzrə olimpiya çempionu Ueyd van Nikerk koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı atletin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
İdmançı bu gün İtaliyanın Triest şəhərində keçiriləcək yarışlarda çıxış etməli idi. O, iyulun 19-dan İtaliyada idi.
Qeyd edək ki, Ueyd Van Nikerk 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış üzrə qalib olub. O, iki dəfə dünya çempionluğu da qazanıb.