
Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov Neftçala rayonunun Xol Qarabucaq kəndində gənc idmançılarla görüşüb.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, Kərimov məşq prosesini izləyib və ağırlıqqaldıranların müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini dəyərləndirib.
Görüşdə ölkədə ağırlıqqaldırma idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.