1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin 17 idmançısı Avropa Oyunlarında
Bakı 2015 I Avropa Oyunlarında Azərbaycan millisinin heyətində "Qəbələ” İdman Klubunun təmsilçiləri də çıxış edəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatıına görə, "Qəbələ"nin 17 idmançısı Avropa Oyunlarının mükafatları uğrunda mübarizə aparacaq.
Bu atletlərdən 12-si döyüş növlərində qüvvəsini sınayacaq.
İyunun 16-19-da Kristal Zalda keçiriləcək taekvondo yarışlarında "Qəbələ”ni Məhəmməd Məhəmmədov təmsil edəcək. O, 58 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
İyunun 16-27-də Kristal Zalda baş tutacaq boks yarışlarında klubumuzu Lorenzo Sotomayor təmsil edəcək. Boksçumuz 64 kq çəki dərəcəsində mükafat uğrunda mübarizə aparacaq.
İyunun 25-28-də Heydər Əliyev adına İdman Arenasında baş tutacaq cüdo yarışlarında "Qəbələ”nin 3 idmançısı tatami üzərinə çıxacaq. Kifayət Qasımova (57 kq) və Ayşə Qurbanlı (48 kq) qadınların, Uşangi Kokauri (+100 kq) kişilərin yarışında çıxış edəcək.
Heydər Əliyev adına İdman Arenası iyunun 22-də samboçuların sərəncamına veriləcək. Burada "Qəbələ”nin 5 üzvü medallar üçün mübarizə aparacaq. Qadınların mübarizəsində Şəhanə Hüseynova (60 kq), Fəridə Qurbanova (64 kq) və Nərmin Əlizadə (68 kq), kişilərin yarışında Amil Qasımov (74 kq) və Vasif Səfərbəyov (+100 kq) çıxış edəcək.
İyunun 13-14-də Kristal Zalda "Qəbələ”nin iki karateçisi tatami üzərinə çıxacaq. Niyazi Əliyev 67 kq, Rafael Ağayev 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Klubun digər 5 idmançısı atıcılıq yarışında çıxış edəcək. İyunun 16-24-də Bakı Atıcılıq Mərkəzində Emin Cəfərov, Paşa Əhədpur və Nurlana Cəfərova dairəvi stenddə, Elvin İsmayılovla Alina Rarikxanova səngər stendində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, üç gündən sonra Bakı-2015 I Avropa Oyunlarına start veriləcək. İyunun 12-dən 28-dək 17 gün ərzində Avropanın 50 ölkəsini təmsil edən 6000-ə yaxın idmançı 20 növdə 253 dəst medal uğrunda mübarizə aparacaq. 12 növdə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya və ya lisenziya xallarının da sahibini tapacağı yarışda Azərbaycan millisi 289 atletlə təmsil olunacaq.