
"Söz vermişdim ki, bütün azərbaycanlıları sevindirəcəyəm. Şükürlər olsun ki, sözümün üstündə durdum və qızıl medal qazandım". Sportnet.az "Report"a istinadən xəbər verir ki, bu sözləri "Bakı 2015" I Avropa Oyunlarında taekvondo üzrə 81 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan idmançısı Milad Beiqi Harçeqani deyib.
O, azarkeşlər tərəfindən böyük dəstəyin olduğunu xüsusilə vurğulayıb: "Bütün azərbaycanlı qardaşlarım çox böyük dəstək göstərdilər və bu, mənə ruh verdi. Mən bu məsuliyyəti özümdə hiss edib qızıl medal qazanmağı bacardım".







































































