1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyə və İtaliyadan qələbə
"Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında çimərlik voleybolu üzrə növbəti görüşlər keçirilib. Sportnet.az-ın məlumatına görə, saat 10:00-da 8 komanda mübarizəyə start verib.
İtaliya komandası Yunanıstanla qarşılaşıb. Matç italyanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda isə Latviya və Ukrayna komandaları üz-üzə gəlib. Matçın sonunda sevinən tərəf latviyalılar olub - 2:1. Bu nəticə ilə hazırda İtaliya 6 xalla qrup birincisi, Yunanıstan isə 5 xalla ikincidir. Latviya və Ukrayna komandaları isə müvafiq olaraq 3 və 4-cü pillələri bölüşürlər.
Digər 2 görüş isə E qrupunda keçirilib. İlk olaraq Türkiyə Hollandiya ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb. İsrail və Çexiya komandalarının görüşündə də ikincilər məğlubiyyətlə üzləşib. Matç İsrailin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 3 görüşdən sonra İsrail qrup birincisidir - 6 xal. İkinci yerdə Çexiya (5 xal), üçüncü pillədə isə Türkiyə (4 xal) qərarlaşıb. Hollandiya isə 3 xalla qrup sonuncusudur.