"2015-ci il Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir. İndi biz Oyunların infrastrukturu üzərində işləyir və 2 test tədbirinə hazırlaşırıq". Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, bunlar 30 may - 1 iyunda atletika üzrə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat yarışı və bədii gimastika üzrə Avropa çempionatıdır. Yarışlar zamanı Olimpiya Kəndi, Tofiq Bəhramov adına Respublika stadionu və Milli Gimnastika Arenasını yoxlamaq üçün əlverişli imkan olacaq.
Rəhimov yaxın vaxtlarda Avropa Oyunları ilə bağlı nəzərdə tutulan tədbirlərdən də danışıb. Onun sözlərinə görə, Kiprin paytaxtı Nikosiyada Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında Bakı-2015-in təqdimatı olacaq. Bakıda isə Avropanın milli olimpiya komitələrinin iclası keçiriləcək: "Bu tədbir də mühüm əhəmiyyətə malikdir".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |