
2015-ci il Avropa Oyunlarının 8 əsas sponsoru və 10 sponsoru olacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Oyunların Əməliyyat Komitəsinin kommersiya məsələləri üzrə direktoru Çarli Vijeratna açıqlama verib.
O bildirib ki, sponsorların adları gələn il iyunun 12-dən 28-dək keçiriləcək yarış məkanlarında nümayiş etdiriləcək: "Düzdür, Yay və ya Qış Olimpiya Oyunlarında yarış məkanlarında sponsorların bannerləri yerləşdirilmir. Amma Avropa Oyunlarında innovativ addım ataraq, sponsorları da göstərəcəyik".