Bu gün 2015-ci il Avropa çempionatının II seçmə mərhələsində 2-ci dövrənin oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Bakıda keçirilən oyunda Azərbaycan millisi Bolqarıstanla münasibətlərinə aydınlıq gətirib.
D qrupunun 2-ci pilləsində qərarlaşan və bolqarlardan 1 xal geridə olan komandamız oyuna qələbə üçün çıxmışdı. Voleybolçularımız bu matçdan uğurlu nəticə əldə edərək, birinci pilləyə yüksəlmək və finala birbaşa vəsiqə qazanmaq istəyirdi. Lakin bu baş tutmadı və komandamız biabırçı oyunla məğlub olub.Bu nəticədən sonra Bolqarıstan qrup lideri kimi finala yüksəlib.Yığmamızın növbəti mərhələyə adlayıb-adlamayacağı isə pley-off matçından sonra bəlli olacaq.
Qrupun digər matmında isə Yunanıstan Portuqaliyanı sınağa çəkib. Mərhələ adlamaq şansını itirən hər iki komanda da 3-cü yer uğrunda mübarizı aparırdı. Nəticədə portuqaliyalılar 2:3 hesabı ilə meydandan qalib ayrılıb.
Yunanıstan - Portuqaliya - 2:3 (24:26, 21:25, 25:22, 25:21, 13:15)
Hakimlər: Nurper Özbar (Türkiyə), Aleksey Skibitski (Ukrayna) Bakı, Voleybol Mərkəzi
Bolqarıstan - Azərbaycan - 3:1 (25:14, 25:18, 14:25, 25: 19)
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Aleksandr Ryabtsov (Rusiya)
Qeyd edək ki, ilk oyunda Azərbaycan Bolqarıstanı, Yunanıstan isə Portuqaliyanı məğlub etmişdi.