1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015"in Məşəli Qobustan və Şamaxıda
"Bakı 2015" I Avropa Oyunlarının Məşəli mayın 30-da Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində yerləşən Qobustanla başlayıb. Sportnet.az-ın məlumatına görə, rayonda 2,54 km davam edən estafet Heydər Əliyev prospekti boyunca davam edib.
Yürüşü futbol məşqçisi Fərid Əzizov mədəniyyət evinin qarşısında quraşdırılmış tağdan başlayıb. Coşqun Mirzəli, Ruslan Şahbazov, Rahib Kərimov, Cavidan İsmayılov, Müslüm Xanəliyev, Rauf Əhmədov, Qafur Ağayev, Kamran Ağalarov məşəli növbə ilə bir-birinə ötürərək, gənclər mərkəzinin önünə qədər irəliləyiblər. Karate üzrə 3-qat Azərbaycan cempionu İbad Rzazadə yürüşün son iştirakçısı kimi məşəllə Bayraq meydanında qurulmuş səhnə qarşısına gəlib.
Burada məşəlçiləri coşğu ilə qarşılayan izdihamın gur alqışları ilə o, səhnəyə qalxaraq, çırağı alovlandırıb. Sürəkli alqış sədaları altında 11-ci sinif şagirdi Gülər Cavadova "Bakı 2015"in şəhərə hədiyyəsi olan çırağı rayon ictimaiyyətinə təqdim edib. Təntənəli mərasim səmaya şarların və göyərçinlərin buraxılması ilə başa çatıb.
Sonra Bakı 2015 alovu Baş Qafqaz silsiləsinin cənub-şərqi ətəklərində, respublika paytaxtından 118 kilometr məsafədə yerləşən, Azərbaycanın ən qədim tarixə malik mərkəzlərindən biri olmuş Şamaxıya gətirilib. Məşəl karvanının səfəri Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə başlayıb. Alov səyahəti komandası burada yerli məşəlçilərin iştirakı ilə xatirə şəkilləri çəkdiriblər.
2,81 km davam edən estafeti pauerliftinq üzrə dünya və 3 qat Avropa çempionu, dünya rekordçusu Elvin Eynalov Seyid Əzim Şirvani küçəsində Heydər Əliyev parkındakı abidə yaxınlığında quraşdırılmış tağdan keçməklə başlayıb. Rüstəm Musayev, Bəhlul Əliosman, Ceyhun Razimi, Əhməd Umatov, İlkin Əzizov, Səbinə Süleymanova, Elşən Eminov və İslam Quliyevin qatıldığı məşəl estafeti Heydər Əliyev prospektinə də keçməklə, yenidən Seyid Əzim Şirvani küçəsi ilə davam etdirilib. Yürüşün son iştirakçısı pauerliftinq üzrə Azərbaycan və Avropa çempionu, benç-press üzrə dünya rekordçusu Fərid Səmədzadə Xaqani Şirvani xatirə kompleksinin yaxınlığında qurulmuş səhnə qarşısında estafeti tamamlayıb. Səmədzadə səhnəyə qalxaraq, çırağı alovlandırıb.
Bütün məşəlçilər səhnədə bir daha alqışlandıqdan sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Atəşgah məbədində ilk məşəli alovlandırması mərasimindən videokadrlar göstərilib. Ağırlıqqaldırma üzrə yeniyetmələr arasında ölkə çempionu, 15 yaşlı Elmir Sadıqov "Bakı 2015"in Şamaxıya hədiyyəsi olan çırağı rayon ictimaiyyətinə təqdim edib. Səmaya şarlar uçurulub və təntənəli mərasimə Oyunların artıq məşhurlaşmış "Alov rəqsi” ilə yekun vurulub.
Alov səyahəti mayın 31-də Sumqayıt şəhərində və Xızı rayonunda davam edəcək.