Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax Avropa Olimpiya Komitəsindəki (EOC) həmkarı Patrik Hikki ilə birgə Ermənistana səfər edib. Sportnet.az-ın məlumatına görə, ötən gün onları ölkə başçısı Serj Sərkisyan qəbul edib.
Görüşdə Hikki gələn il Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq işlərindən danışıb. Bax isə bildirib ki, İOC və EOC Ermənistanın görülən işlərdən razı qalması və Azərbaycanda erməni idmançıların təhlükəsizliklərinin təmin olunması üçün bütün səylərini göstərəcəklər.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.