1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimiz Parisi "partlatdı"
Fransanın paytaxtı Parisdə güləş üzrə II Beynəlxalq Qran Pri turniri keçirilir. Sportnet.az-ın məluumatına görə, yarışda hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları iştirak edir.
Turnirin ilk günüdə 48 kq, 55 kq, 60 kq, 69 kq çəkidə qadın, 66 kq, 71 kq, 80 kq, 98 kq çəkidə yunan-Roma, 57 kq, 65 kq, 74 kq, 97 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə aparıb.
Qadın güləşçilərimiz ilk yarış günündə 2 gümüş medal qazanıb. Alyona Kolesnik (55 kq) və Nataliya Sinişin (60 kq) yalnız final görüşündə uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Yunan-Roma güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. 80 kq-da mübarizə aparan Elvin Mürsəliyev bütün rəqiblərindən üstün olub. Qazaxstan, Litva, Polşa və İsveç təmsilçiləri üzərində qələbə güləşçimizə turnirin qızıl medalını qazandırıb. 66 kq-da yarışan Kamran Məmmədov finala qədər Portuqaliya, Macarıstan, Avstriya və Polşa güləşçilərini məğlub edib. Final görüşündə Polşanın başqa bir təmsilçisi ilə görüşü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Orxan Nuriyev (98 kq) mübarizəyə Avstriya güləşçisi üzərində qələbə ilə başlasa da, növbəti görüşdə Estoniyalı rəqibinə uduzub. Ancaq rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə İsveç təmsilçisi Robert Avanesyanı vaxtından əvvəl üstələyərək bürünc medala sahib olub.
Paris Qran Pri turnirinin ilk günündə sərbəst güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb. 65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov və 97 kq-da yarışan Olimpiya çempionu Şərif Şərifov bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və turnirin qızıl medalına sahib olub. Məhəmməd Müslümov ardıcıl olaraq Çindən və ABŞ-dan olan 4 rəqibini mübarizədən kənarlaşdırıb finala yüksəlib. Finalda isə güləşçimiz İranlı rəqibinə heç bir şans verməyib. Şərifova gəldikdə, o, Kanada, Qırğızıstan və finalda İran təmsilçisini üstələyib və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Bürünc medalları yığmamıza Hacı və Yaşar Əliyev qardaşları qazandırıb. Hacı Əliyev (65 kq) həlledici görüşdə Macarıstandan olan rəqibini məğlub edib. Yaşar Əliyev (57 kq) isə komanda yoldaşı Mircəlal Həsənzadədən üstün olub.
Beləliklə, Parisdə keçirilən Qran Pri beynəlxalq turnirin ilk günündə güləşçilərimiz ümumilikdə 3 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 9 medal qazanıb.