"Bakı 2015" Dənizkənarı parkda çoxsaylı idman tədbirləri keçirərək Azərbaycan xalqı ilə birgə Novruz bayramını qeyd edib. Sportnet.az-ın məlumatına görə, "Bakı 2015"in Novruz festivalı bugün axşam şəhərin möhtəşəm tikililərindən biri olan Muzey Mərkəzinin binası üzərində 3D şou ilə başa çatıb.
Minlərlə Bakı sakininin ailəliklə izlədiyi festivalda ilk Avropa Oyunların idman növləri haqqında məlumat verilib. Son üç gün ərzində hər gün 4 müxtəlif idman növü təqdim edilib. Bura velosiped idmanı, gimnastika, triatlon, taekvondo və güləş də daxil olmaqla, iyunda Bakı 2015 Avropa Oyunlarında yarışlar aparılacaq bütün idman növləri daxil olub.
Festivala gəlmiş insanlar uşaqları əyləndirən və onlarla birgə şəkil çəkdirən simvollar Nar və Ceyranla tanış olublar. Gecə Bakı 2015-in Ulduz Elçilərindən biri olan DJ Shock-un çıxışı ilə davam edib. Bu çıxışı izləyən tamaşaçılar çimərlik futbolu üzrə gənc oyunçular arasında ən yaxşı BTT ustalarından bəzilərinin nümayişləri ilə yanaşı, stolüstü tennis və güləş üzrə canlı yarışları da seyr etmək imkanına sahib olublar.
Bakı 2015-in fəxri könüllüləri olan 100-dən çox Alov Qoruyanın da iştirak etdiyi "Bakı 2015" Novruz festivalı idman və Novruz ənənələrini nümayiş etdirərək və onlayn bilet satışının başlamasını qeyd edərək Muzey Mərkəzinin binası üzərində möhtəşəm 3D şousu ilə başa çatıb.
Bombardirlər: Domi Massumo ("Qəbələ") - 16, Emil Qasımov ("Karvan") - 15, Bəhruz Teymurov ("Karvan) - 13, Seyxan Fərəcov ("İmişli"), İbrahim Əliyev (MOİK) - hər ikisi 11 qol.