1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Julius Vobay: "Üzr istəməyə hazıram"
"Neftçi"nin futbolçusu Julius Vobay Topaz Premyer Liqasının XXVIII turunda "Simurq"la qarşılaşmadan sonra ədəbsiz jest etdiyi ilə bağlı yayılan iddialara cavab verib. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən yarımmüdafiəçi bunun azarkeşlərə qarşı təhqiredici jest deyil, komanda yoldaşlarına yönəlmiş qələbə sevinci olduğunu bildirib.
O, illərdir Azərbaycanda yaşadığını və bir müsəlman kimi Azərbaycan xalqının inancına, adət-ənənəsinə az-çox bələd olduğunu söyləyib:
"Həmin epizodda ədəbsiz jestdən söhbət belə gedə bilməz. Uzun illərdir Azərbaycandayam və heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər, hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm".
"Neftçi" isə öz növbəsində futbolçunun bu cür qeyri-etik hərəkətə yol verəcəyi təqdirdə ilk növbədə klub tərəfindən cəzalandırılacağını bildirib.