Aprelin 11-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 12-ci turu çərçivəsində "Baku Fires” Amerika Birləşmiş Ştatlarının USA "Knockouts” klubu ilə qarşılaşacaq. Sportnet.az-ın məlumatına görə, görüş öncəsi hər iki komanda heyətini açıqlayıb.
"Baku Fires” – USA "Knockouts”
52 kq. Murad Rabadanov – Brent Riçard Veneqas
60 kq. Albert Səlimov – Karlos Balderas
69 kq. Pərviz Bağırov - Brayan Keballo
81 kq. Mixail Dalqalivets – Stiv Nelson
+91 kq. Haci Murtuzəliyev – Kam Avesome
Səlimov bu görüşdə qələbə qazansa, 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edəcək. Onun rəqibi bu mövsüm 3 görüşdə qələbə qazanan və reytinqdə 7-ci yeri tutan Balderas olacaq. 18 yaşlı amerikalı boksçu USA "Knockouts”un ən istedadlı üzvlərindən sayılır.
Fərdi reytinqdə vəziyyətini yaxşılaşdırmaq üçün Pərviz Bağırova da mütləq qələbə lazımdır. Azərbaycan millisinin üzvü bu mövsüm qeyri-sabit təsir bağışlayan Keballonu məğlub edə biləcək gücdədir. Amerikalı boksçu 2 döyüşdə qalib gəlsə də, 3 dəfə rinqi məğlub tərk edib.
USA "Knockouts” klubunun liderlərindən biri 52 kq çəki dərəcəsində mübarizə aparan Veneqasdır. Hazırda reytində 3-cü sırada olan boksçu olimpiadaya vəsiqə qazanmağa yaxındır.
Bu həftə B qrupunda "Puerto Rico Hurricanes” doğma rinqdə Qazaxıstan "Astana Arlans”ını qəbul edəcək. "Argentina Condors” "Caciques Venezuela” klubu ilə qarşılaşacaq. "Rafako Hussars Poland” isə səfərdə "İtalia Thunder”in qonağı olacaq.
Turnir cədvəli
1. "Astana Arlans” – 33 xal (döyüşlərin nəticələri 46-9)
2. Baku Fires – 23 (35-20)
3. "İtalia Thunder " – 20 (32-22)
4. USA "Knckouts” – 18 (26-29)
5. "Puerto Riko Hurricanes” – 18 (25-30)
6. "Venezuela Cacquez” – 17 (23-32)
7. "Rafako Hussars Poland” – 12 (21- 34)
8. "Argentina Condors” – 3 (11-43)