1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında daha bir "qızıl"
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının dördüncü yarış günündə Azərbaycanın daha bir təmsilçisi körpücük üzərinə çıxıb. Sportnet.az-ın məlumatına görə, Əfqan Bayramov 77 kq çəki dərəcəsində B qrupunda mübarizə aparıb.
Bayramov A qrupunda çıxış edən bir çox ağır atletdən daha yaxşı çıxış edib. Toplam 333 kq (141+192) nəticə göstərən ağırlıqqaldıranımız yekun sıralamada 7-ci yeri tutub. Lakin onun təkanla qaldırmada ram etdiyi 192 kq-ı heç kim qaldıra bilməyib. Nəticədə Bayramov bu hərəkətdə Avropa çempionatının "kiçik” qızıl medalına layiq görülüb.
Daha öncə Valentin Xristov (62 kq) və Boyanka Kostova (58 kq) qızıl medal qazanıb, Elmar Əliyev (56 kq) isə 7-ci yerlə kifayətlənib. 77 kq çəkidə A qrupunda sifariş olunmuş İvan Stoitsov isə "körpücük" üzərinə çıxmayıb. Onun 85 kq çəkidə qüvvəsini sınayacağı gözlənilir.
Qeyd edək ki, Əfqan Bayramov 2012-ci Avropa çempionatında təkanla qaldırmada yaxşı çıxış edərək, həm bu hərəkətdə, həm də toplamda çempionluğa nail olub.