Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa çempionatına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finalda Türkiyə boksçusu Tuğrulhan ƏrdƏmiri məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmməd Abdullayev (+80 kq) da qitə birinciliyinin qızıl medalına sahib olub. Həmyerlimiz finalda ukraynalı Aleksandr Xristevi üstələyib. Cavid Hüseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) uduzaraq, 2-ci yeri tutub. Niyaməddin Allahverdiyev də finalda məğlub olub. Boksçumuz İngiltərə təmsilçisi Çarlz Frankhamalla bacarmayib. Orxan Həsənov (54 kq) ve Şaiq Məlikov (70 kq) 3-cü yerlə kifayətlənib.
Azərbaycan Ukraynadan sonra komanda hesabında 2-ci yeri tutub.