
Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyada keçirilən Avropa çempionatında medal qazanıb.
Sportnet.az xəbər verir ki, Eldəniz Əzizli (55 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medala layiq görülüb.
Əzizli final görüşündə Dünya Güləş Birliyinin bayrağı altında yarışan rusiyalı Emin Seferşayevə (1:1) məğlub olub.
Abbasov bürünc medal uğrunda görüşdə ukraynalı Yaroslav Filçakovu üstələyib - 2:1.
63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov moldovalı Vitaliy Yeremenkoya uduzaraq bürünc medalı əldən verib.
130 kq-da Beka Kandelaki isə təsəlliverici qarşılaşmada ermənistanlı David Ovasapyanı 2:0 hesabı ilə məğlub edib. O, daha sonra bürünc medal görüşündə almaniyalı Yelle Kramerə sonuncu xal prinsipinə əsasən uduzub - 1:1.