
Bakıda keçiriləcək “UFC Döyüş Gecəsi"nin rəsmi çəkiölçmə mərasimi baş tutub.
Sportnet.azxəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir ictimaiyyət üçün açıq olub.
Turnirin döyüşçüləri ilkin olaraq səhnəyə çıxaraq azarkeşlərin suallarını cavablayıblar.
Daha sonra isə onların təntənəli çəkiölçmə və üzləşməsi keçirilib.
Tədbirdə UFC-nin prezidenti Dana Uayt da iştirak edib.
Qeyd edək ki, “UFC Döyüş Gecəsi" iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.