
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailandda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, "Filenin sultanları" 1/4 finalda ABŞ yığmasına qalib gəlib - 3:1 (25:14, 22:25, 25:14, 25:23).
Komandada Ebrar Karakurt 23, Melissa Varqas 21, Eda Erdem Dündar 13 xal qazanıb.
Türkiyə millisi dünya çempionatında ilk dəfə rəqibinə set verib. Bu komanda 2006-cı ildən sonra heç vaxt dünya çempionatının qrup mərhələsini məğlubiyyətsiz tamamlamayıb.
Finala gedən yolda rəqibi Yaponiya olacaq. Qarşılaşma sentyabrın 6-da keçiriləcək.