
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında 4 çəki dərəcəsində medalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 3 pəhləvanı fəxri kürsüyə qalxıb.
Giorgi Meşvildişvili (125 kq) finalda iranlı olimpiya mükafatçısı və dünya çempionu Amir Zareyə 0:5 hesabıyla məğlub olaraq, dünya çempionatında gümüş medal qazanıb.
Nürəddin Novruzov (61 kq) KXDR təmsilçisi Kum Kimə "tuş"la qalib gələrək bürünc medala sahib çıxıb.
Arseniy Djioyev (86 kq) debüt etdiyi dünya çempionatında eyni əyarlı medal əldə edib. O, fransalı Raxim Maqamadova 7:0 hesabı ilə qalib gələrək ilk dəfə qatıldığı mundialda "bürünc"ə yiyələnib.