Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bu gün Azərbaycan millisinin 2 sərbəst güləşçisi həlledici görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəlili ilə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, Heybətov əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn azərbaycanlı pəhləvan ilk dəfə 23 yaşadək sərbəst güləşçilər arasında dünya çempionu olub.
Xetaq Karsanov (125 kq) da finalda İran təmsilçisi ilə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medala yiyələnib.











































































