Azərbaycan cüdoçusu Ruslan Paşayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində rəqib italiyalı Valerio Akkogli olub.
Qarşılaşmanı qələbə ilə başa vuran Paşayev bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan cüdoçuları günü 2 medalla başa vurub.
Daha əvvəl 60 kq çəkidə Balabəy Ağayev qızıl medal qazanıb.
-------------------------
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində rəqib Ukraynanı təmsil edən özbək Dilşot Xalmatov olub.
Qarşılaşmadan ayrılan Ağayev qızıl medal qazanıb.
Görüşün taleyi qızıl xal bölümündə həll olunub. Ağayev vaza-ari fəndi ilə qarşılaşmanın qalibi adına sahib çıxıb.
Qeyd edək ki, bu, həm də Böyük Dəbilqədə Azərbaycanın ilk qızıl medalı olub. Balabəy Ağayev isə karyerasında üçüncü dəfə Böyük Dəbilqənin qalibi adını əldə edib.

















































































