ABŞ-da yaşayan azərbaycanlı boksçu Emil İsrafilbəyov (Bakı) dünyasını dəyişib. Sportnet.az xəbər verir ki, bu barədə tanınmış idmançının dostu Ağəli Alışov bildirib.
Onun sözlərinə görə, E.İsrafilbəyov 44 yaşında ikən beyin xərçəngindən vəfat edib. A.Alışov idmançının dəfni ilə bağlı əlavə bilgiyə malik olmadığını söyləyib.
Qeyd edək ki, Emil İsrafilbəyov 27 aprel 1972-ci ildə Bakıda dünyaya gəlib. 1990-cı illərdə qardaşı Rüfət İsrafilbəyovla birgə ABŞ-a köçən mərhum idmançı 1995-ci ildən okeanın o tayında döyüşlərə çıxıb. O, orta ağır çəkidə keçirdiyi 24 döyüşdən 22-dən qalib, 2-dən məğlub ayrılıb ("Report").