Dünya Güləş Birliyi (UWW) 2016-cı ilin yanvarında keçirilmiş yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, siyahıda ötən ay yer alan Azərbaycanın 12 güləşçisinin mövqeyində dəyişiklik baş verməyib.
Avropa Oyunlarının qalibi, dünya çempionu Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçi son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O, reytinqdə ikinci sıradadır.
Saman Təhmasibi də öz çəkisində reytinqcə ikincidir. Qızıl Qran Prinin final mərhələsinin qalibi olan Sabah Şəriəti də reytinqdəki mövqeyini saxlayıb.
Bundan başqa, daha 4 yunan-Roma güləşçisi ilk onluqda mövqelərini qoruyub. Qızıl Qran Prinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.
59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)
12. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (12)
66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (12)
18. Kamran Məmmədov - Qızıl Qran Pri 2-ci yer (nr)
71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)
75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (5)
80 kq
6. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (2)
85 kq
2. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)
10. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)
98 kq
17. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (nr)
18. Orxan Nuriyev - Paris Qran Pri turniri 3-cü yer (18)
130 kq
4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (5)
Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.