Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatına start verilib. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 50 kq, 60 kq, 74 kq və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb.
Azərbaycan millisi günü 1 qızıl medalla tamamlayıb. 50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və dünya çempionu titulunu qazanıb. O, finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib. Həlledici görüşdə Ermənistan təmsilçisi ilə qarşılaşan Muxtarov yüksək əzmkarlıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.