Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sportnet.az-ın məlumatına görə, təltif olunanlar arasında olimpiya çempionu Zemfira Mehtahəddinova da var. 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış stend atıcısı "Vətən uğrunda" medalına layiq görülüb. O, Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən nazirlik əməkdaşları sırasında mükafatlandırılıb.
Qeyd edək ki, hazırda polis polkovnik-leytenantı rütbəsini daşıyan Zemfira Mehtahəddinova Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin sədridir.