
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salıb.
Sportnet.az-ın IOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb koronavirus infeksiyasıdır.
Qərara alınıb ki, Olimpiya məşəli Yaponiyada qalsın və yarışın adı Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları kimi saxlanılsın.
Qeyd edək ki, Yaponiya paytaxtında olimpiada bu il 24 iyul - 9 avqustda keçirilməli idi.