
Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda çıxışını başa vurub.
Sportnet.az-ın məlumatına görə, son olaraq 97 kq çəki dərəcəsində Şamil Zubairov (97 kq) bürünc medal görüşündə qüvvəsini sınayıb.
Bolqarıstanlı Ahmed Batayevlə qarşılaşan idmançı rəqibinə 1:8 hesabı ilə uduzaraq, şansını əldən verib.
Beləliklə, sərbəst güləşçilər turnirdə ümumilikdə 2 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.
-------------------------------------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Fərdi Dünya Kubokunda medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq-da Hacı Əliyev 3-cü yer uğrunda görüşdə Fransa təmsilçisi İlman Muxtarovla üz-üzə gəlib.
Dünən 1/4 finalda keçirdiyi görüşdə qabırğasından ciddi zədə alan güləşçinin bu gün xalçaya çıxması sual altında idi. Ağrılara baxmayaraq, əsl çempionlara xas xarakter göstərən Əliyev rəqibinə 10:4 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.
--------------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Abashacı Məhəmmədovla üz-üzə gəlib.
Rəqibinə 1:5 hesabı ilə uduzan Qvarzatilov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.
-----------------------------------------------------
Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokuna bu gün yekun vurulacaq.
Sportnet.az məlumatına görə, yarışın sonuncu günündə Azərbaycanın 4 sərbəst güləşçisi tatami üzərinə çıxacaq. 61 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov finalda Abashacı Məhəmmədovla (Rusiya) üz-üzə gələcək.
3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) bürünc meda uğrunda görüşdə İlman Muxtarov (Fransa) / Niurqun Skryabin (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Yarımfinalda uduzan digər güləşçi Şamil Zubairov (97 kq) bürünc medal əldə etmək üçün Ahmed Batayevin (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.
Rəşad Yusifli (79 kq) isə təsəlliverici qarşılaşmada Vasile Minjala (Rumıniya) ilə güləşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (FRA) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (BUL) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (TJK) 8:1
FİNAL: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (RUS) - 1:5
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (KGZ) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (HUN) 6:7
Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (FRA) - 10:4
79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (TUR) 2:5
Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (ROU) - 3:3*
86 kq
1/8 final: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 8:3 (tuşe)
1/4 final: Abubakr Abakarov - Teymuraz Friyev (ESP) 0:10
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (MDA) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (BLR) 0:8
Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (BUL)