1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Mən daha çox içimdə sevinirəm"
"Bizi çempionluq münasibətilə təbrik edənlərə minnətdarlıq edirik. Allah hamıdan razı olsun”. Sportnet.az-ın məlumatına görə, bunu "İnter” üzərində 4:1 hesablı qələbədən sonra çempionluq sevincini bölüşən "Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
O, mövsümün komandası üçün çox çətin keçdiyini bildirib: "Belə görünürdü ki, hər şey asan olacaq. Çünki mövsümün sonlarında ən yaxın izləyicimizdən 13 xal aralanmışdıq. Amma heç kim fikirləşməzdi ki, çempionluq oyunumuz belə gözəl alınacaq. Allahın hər bir etdiyində bir xeyir var. "İnter”lə çox gərgin oyuna çıxdıq. İlk yarıda həyəcan hiss olunurdu. Çox yaxşıdır ki, gözəl qol vurduq. İkinci hissədə öz oyunumuzu oynadıq və daha inamlı çıxış etdik. Fikrimcə, gözəl qələbə qazandıq”.
Sadıqov göz yaşlarını saxlaya bilməyən baş məşqçi Qurban Qurbanovdan fərqli olaraq, sakit görünməsini isə belə izah edib: "Mən də sevinirəm, bəlkə də hamıdan çox. Amma sadəcə, daha çox içimdə sevinirəm”.