Gənclər və idman naziri Fərid Qayıbov idman mediasına müraciət edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Qayıbov nazir təyinatının 6-cı ayının tamamına həsr olunmuş yazısında açıqlama verib.
O bildirib ki, idmanın kütləviliyinin artmasında medianın da dəstəyi önəmlidir: "Mən idman mediasını, xüsusilə “İdman TV” və “CBC Sport”u yerli idman yarışlarını və idmançılarımızın beynəlxalq yarışlardakı çıxışlarını daha geniş işıqlandırmağa dəvət edirəm. Müxtəlif idman növlərinin təbliği və təşviqi üçün bu, vacib amildir".