
Azərbaycan milli komandasının və Rusiyanın "Rubin" klubunun futbolçusu Ruslan Abışov Sloveniyaya yollanıb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi təlim-məşq toplantısında olan "Qəbələ"nin düşərgəsinə qoşulub.
Onun 6 aylıq icarəyə götürüləcəyi gözlənilir. Amma bunun üçün Abışov "Rubin"dən müvafiq icazə sənədini almalıdır. Məsələnin gün ərzində rəsmiləşəcəyi gözlənilir.