Bosniya və Herseqovina yığmasının baş məşqçisi Safet Suşiç komandasının DÇ-2014-dəki məqsədləri barədə danışıb. Sportnet.az-ın FİFA-nın saytına istinadən məlumatına görə, mütəxəssis Cekonu Messi və Neymarla müqayisə edib.
Onun sözlərinə görə Portuqaliya yığması üçün Ronaldo, Argentina millisi üçün Messi, Braziliya komandası üçün Neymarın nə dərəcədə əhəmiyyətli olduğu qədər, Ceko da bosniyalılar üçün önəm kəsb edir.
Nigeriya yığması ilə oyunun əhəmiyyət dərəcəsini dərk etdiklərini bildirən Suşiç, Braziliyaya öyrənmək üçün gəlmədiklərini önə çəkib: "Sıralarımızda böyük təcrübəyə malik aparıcı Avropa klublarında oynayan dünya səviyyəli oyunçularımız var. Qrupdan çıxmaqla bağlı ambisiyalarımız var. Mundiala insanların bizi seyr etməsi üçün gəlməmişik, məqsədimiz irəliləməkdir. Bilirəm, bu, asan olmayacaq, ancaq əminəm ki, dünya çempionatında son sözümüzü deməmişik. Argentinadan sonra qrupuzada ən güclü komanda bizik."
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |