Çində daha bir futbol azarkeşinin ölümünün səbəbi açıqlanıb. Sportnet.az-ın "Novıye izestiya"ya istinadən məlumatına görə, adı açıqlanmayan tələbə futbol totalizatorunda 3 min ABŞ dollarından çox vəsait uduzaraq, Universitet korpusunun 7-ci mərtəbəsindən özünü atıb.
Pul qoyuluşu üçün böyük məbləğdə borc götürən gənc "qumarbaz", bu üsulla "özünü tutmaq" istəyib. Lakin o, arxada qalan oyunların heç birinə düzgün proqnoz verə bilməyib.
Ölümündən bir müddət əvvəl o, kiminləsə telefonla danışıb və borcunu qaytarmaq üçün vaxt istəyib. Bundan sonra tələbə yoldaşları onu sağ görməyib.
Bundan öncə isə Çinin Şenyan şəhərində bir futbol azarkeşi yuxusuzluqdan dünyasını dəyişib. Braziliya ilə böyük saat fərqinə görə yuxusuz qalan fanat, televizorun qarşısında canını tapşırıb. Daha bir çinli futbolsevərin isə ürəyi işə gedərkən, dayanıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |