
Argentina yığmasının müdafiəçisi Pablo Sabaleta milli komandalarının DÇ-2014-ün finalına yüksəlməsinin ölkəsində yaratdığı ab-havadan danışıb. Sportnet.az-ın məlumatına görə, o, Braziliyada oynamağın çətinliyindən bəhs edib.
Sabaleta braziliyalı futbolsevərlərin Argentinanın əleyhinə aazarkeşlik etdiklərini bildirib: "Bəzən hamı sənə qarşı olduğu halda daha da bərkiyirsən. Özümüzlə fəxr edirik. Hətta finala biletləri olmayan argentinalılar avtomobillərini satırlar ki, bura gəlsinlər. Biz futbolla yaşayırıq".
Qeyd edək ki, DÇ-2014-ün final qarşılaşmasında Argentina Almaniya yığması ilə qarşılaşacaq. Görüş iyulun 13-də Bakı vaxtı ilə 24:00-da başlayacaq.